Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Xublar Xıdırova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə həyata keçirilən tədbirlərə görə Nizami RPİ 24-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Güləli Sultanov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, tanışının üzləşdiyi dələduzluqla bağlı müraciətinə operativ baxılmasına və ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Nəriman Hüseynli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilməsinə və həyata keçirilən tədbirlərə görə Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Quba rayon sakini Rəsul Manaflı məktubunda rayon ərazisində gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Vətəndaş Vüqar İsmayılov məktubunda rayon ərazisində avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, eləcə də polis əməkdaşlarının humanistliyinə, xoş rəftar və nəzakətli davranışlarına görə Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.  

Bakı şəhər sakini Novruz Tahirov məktubunda cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Vətəndaş Ləman Hacızadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına, həyata keçirilən tədbirlərə, həmçinin göstərilən xoş rəftar və nəzakətli davranışlara görə Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Səbinə Abdullayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə qısa müddətdə reaksiya verilərək həyata keçirilən tədbirlərə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Vətəndaş Hacağa Abdullayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, valideyninin üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.