Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
09.08.2025 - Bakı şəhər sakini Elçin Çobanzadə
Bakı şəhər sakini Elçin Çobanzadə xidməti vəzifələrinin və peşə fəaliyyətinin öhdəsindən layiqincə gəldiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
09.08.2025 - Bakı şəhər sakini Tehran Mahmudov
Bakı şəhər sakini Tehran Mahmudov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinin operativ qaydada və obyektiv araşdırılmasına görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
09.08.2025 - Vətəndaş Kamilə Hüseynli
Vətəndaş Kamilə Hüseynli DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında yüksək peşəkarlığa və yorulmaz fəaliyyətə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
09.08.2025 - Masallı rayon sakini Rufulla Həbibov
Masallı rayon sakini Rufulla Həbibov məktubunda xidməti vəzifələrinin və peşə fəaliyyətinin öhdəsindən layiqincə gəldiklərinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
09.08.2025 - Ağsu rayon sakini Ziyadxan Əhmədov
Ağsu rayon sakini Ziyadxan Əhmədov müraciətinin müsbət həll olunmasına görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
09.08.2025 - İsmayıllı rayon sakini Novruz Məmmədov
İsmayıllı rayon sakini Novruz Məmmədov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, İsmayıllı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
08.08.2025 - Gəncə şəhər sakini Qənirə Əmrahova
Gəncə şəhər sakini Qənirə Əmrahova Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda müraciətinə həssaslıqla baxılaraq müsbət həllinin təmin edilməsinə görə DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
08.08.2025 - Vətəndaş Leyla Rzayeva
Vətəndaş Leyla Rzayeva DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Qohumum yol-nəqliyyat hadisəsində xəsarət almışdı. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının işə məsuliyyətlə və düzgün yanaşması mənə çox xoş oldu. Azərbaycan polisinə təşəkkürümü bildirirəm”.
08.08.2025 - Vətəndaş Elvin Qafarov
Vətəndaş Elvin Qafarov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:“29.07.2025-ci il tarixində Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət etmişdim. Müraciətimlə bağlı dərhal mənə köməklik göstərdilər. DİN-in rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına öz təşəkkürümü bildirirəm”.