Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
04.06.2025 - Astara rayon sakini Nail Fərziyev
Astara rayon sakini Nail Fərziyev məktubunda ictimai asayişin etibarlı təmin olunmasına, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına,obyektivliyə və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
04.06.2025 - Vətəndaş Habil Nuriyev
Vətəndaş Habil Nuriyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin obyektiv şəkildə araşdırılmasına, məsələnin müsbət həllini tapmasına görə Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
04.06.2025 - Cəlilabad rayon sakini İbrahim Mirzəyev
Cəlilabad rayon sakini İbrahim Mirzəyev məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir.
04.06.2025 - Cəlilabad rayon sakini Nüşabə Hüseynova
Cəlilabad rayon sakini Nüşabə Hüseynova məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsinin təmin edilməsinə görə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.06.2025 - Vətəndaş Bəhruz Əliyev
Vətəndaş Bəhruz Əliyev məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilməsinə və məsələnin müsbət həll olunmasına görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirir.
04.06.2025 - Lerik rayon sakini Yelmar Hümmətov
Lerik rayon sakini Yelmar Hümmətov məktubunda müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.06.2025 - Masallı rayon sakini Nəcibə Əskərova
Masallı rayon sakini Nəcibə Əskərova məktubunda üzləşdiyi problemlə bağlı müraciətinin qısa müddətdə həll edilərək ona dəymiş maddi ziyanın ödətdirilməsinin təmin edildiyinə görə minnətdarlığını bildirir.
04.06.2025 - Vətəndaş Gülnaz Əliyeva
Vətəndaş Gülnaz Əliyeva məktubunda müraciəti ilə bağlı məsələyə həssaslıqla yanaşılmasına və qısa zamanda müsbət həllini tapmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
04.06.2025 - Vətəndaş Anar Səmədov
Vətəndaş Anar Səmədov Xəzər rayonu ərazisində iştirakçısı olduğu yol-nəqliyyat hadisəsinin Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla və obyektiv araşdırılmasına görə təşəkkürünü bildirir.