Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.02.2025 - Gülnar Əlizadə
Gülnar Əlizadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxıldığına, Nərimanov Rayon Polis İdarəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.
17.02.2025 - Vətəndaş Samir Bağırlı
Vətəndaş Samir Bağırlı DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə həssas yanaşılmasına, eləcə də göstərilən diqqət və qayğıya görə görə DİN rəhbərliyi başda olmaqla Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.02.2025 - Vətəndaş Türkanə İsrafilli
Vətəndaş Türkanə İsrafilli müraciətinə göstərilən operativliyə və obyektivliyə görə xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir.
17.02.2025 - Vətəndaş Gülnar Musayeva
Vətəndaş Gülnar Musayeva məktubunda müraciətinə operativ reaksiya verilməsinə və obyektiv araşdırma aparılaraq ona dəymiş maddi ziyanın tam ödətdirilməsinə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
17.02.2025 - Vətəndaş Aygül Ağayeva
Vətəndaş Aygül Ağayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciəti üzrə həyata keçirilən tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.02.2025 - Vətəndaş Həsənağa Xudaverdiyev
Vətəndaş Həsənağa Xudaverdiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır.
H.Xudaverdiyev müraciəti ilə bağlı obyektiv araşdırma aparılmasına görə DİN rəhbərliyi başda olmaqla Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.02.2025 - Vətəndaş Firəngiz Cəlilova
Vətəndaş Firəngiz Cəlilova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və həyata keçirilən tədbirlərə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.02.2025 - Vətəndaş Günel Bədəlova
Vətəndaş Günel Bədəlova məktubunda müraciətinə dərhal reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.02.2025 - Bakı şəhər sakini Aydan Cabbarlı
Bakı şəhər sakini Aydan Cabbarlı məktubunda müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.