Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.08.2025 - Vətəndaş Rahil İbişov
Vətəndaş Rahil İbişov məktubunda Daxili İşlər Nazirliyinə ünvanladığı müraciəti əsasında Gəncə şəhər Baş Polis İdarəsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı olduğunu qeyd edərək vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, müraciətinin müsbət həll olunmasında göstərilmiş köməklik üçün Gəncə ŞBPİ-nin əməkdaşlarına təşəkkür edir.
16.08.2025 - Abşeron rayon sakini Elman Kərimov
Abşeron rayon sakini Elman Kərimov üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Hacıqabul RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
16.08.2025 - Vətəndaş Bəhruz Süleymanov
Vətəndaş Bəhruz Süleymanov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
15.08.2025 - Sosial şəbəkə istifadəçisi Elmar Mansurov
Sosial şəbəkə istifadəçisi Elmar Mansurov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin kollektivinə təşəkkürünü bildirir.
15.08.2025 - Bakı şəhər sakini Tural Quliyev
Bakı şəhər sakini Tural Quliyev maddi ziyan ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına və göstərdikləri köməkliyə görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.
15.08.2025 - Sosial şəbəkə istifadəçisi Tural Qardaşxanov
Sosial şəbəkə istifadəçisi Tural Qardaşxanov ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə obyektiv baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nizami Rayon Polis İdarəsinin kollektivinə təşəkkür edir.
15.08.2025 - Sosial şəbəkə istifadəçisi Səxavət Abbasov
Sosial şəbəkə istifadəçisi Səxavət Abbasov ünvanladığı təşəkkür məktubunda aparılan araşdırmadan razılıq edir, səmimi qəbula və göstərilən diqqətə görə Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
15.08.2025 - Sosial şəbəkə istifadəçisi Abdala Mahmudov
Sosial şəbəkə istifadəçisi Abdala Mahmudov oğurlanan əşyalarının qısa müddətdə tapılaraq ona qaytarılmasında əməyi olan Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.
15.08.2025 - Sosial şəbəkə istifadəçisi Nicat Yusifzadə
Sosial şəbəkə istifadəçisi Nicat Yusifzadə müraciətinə operativ baxılaraq probleminin müsbət həll olunmasında göstərilən köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.