Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Elnur Əlizadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Övladımın səhhətində yaranan narahatlıqla əlaqədar təcili olaraq xəstəxanaya getməli olduğumu görən Pirallahı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları mənə köməklik göstərdilər və biz zamanında ünvana çatdıq. Göstərdikləri diqqətə və köməkliyə görə Pirallahı RPİ-nin DYPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığımı bildirirəm”.

Vətəndaş Ataş Kərimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda nəvəsinin daxili işlər orqanlarında xidmətə qəbul edildiyini yazır. O, polis orqanlarında işləmək arzusunda olan gənclərin xidmətə qəbulu zamanı bütün proseslərin şəffaflıq və aşkarlıq prinsipləri əsasında reallaşdığının şahid olduğunu qeyd edərək yaradılan bu şəraitə görə DİN-in rəhbərliyinə təşəkkürünü bildirir.

Abşeron rayon sakini Zəhra Şəliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda hüquqi yardım göstərilməsi ilə bağlı müraciətinə operativ baxıldığına və köməklik göstərildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Abşeron rayon sakini Abasova Sevda müraciətinə həssas yanaşıldığına, özünə və yaxınlarına göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Elxan Vəliyev Daxili İşlər Nazirliyinə ünvanlanmış məktubda pulqabısının itməsi ilə bağlı müraciətinə həssas yanaşıldığına, tapılmasında göstərilən köməkliyə görə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Əcnəbi vətəndaş Hunenka Luidmila müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Abşeron rayon sakini Nəzifə Ələkbərova daxili işlər nazirinin 30 iyul 2025-ci il tarixində Astara rayonunda keçirilən qəbulunda iştirak etdiyini bildirir və müraciətinə həssas yanaşıldığına, göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Vətəndaş Vasif Əhmədov baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Naxçıvan şəhər sakini Elcan Vəliyev Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.