Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.09.2023 - Vətəndaş Onur Bəkirov
Vətəndaş Onur Bəkirov müraciətinə operativ baxılaraq, obyektiv araşdırma aparılmasına və səmimi qəbula görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin gərgin və fədakar xidməti fəaliyyətini yüksək dəyərləndirir və uğurlar diləyir.
15.09.2023 - Vətəndaş İlqar Alıyev
Vətəndaş İlqar Alıyev övladının daxili işlər orqanlarında xidmətə qəbulu ilə bağlı müraciətinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında ona göstərilən köməkliyə görə DİN rəhbərliyi başda olmaqla Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin peşəkar xidməti fəaliyyətini təqdir edir və oğlunun polis sıralarında xidmət etməsi ilə qürur duyduğunu yazır.
14.09.2023 - Sosial şəbəkə istifadəçisi Cəbrayıl Məmmədov
Sosial şəbəkə istifadəçisi Cəbrayıl Məmmədov məktububda Biləsuvar şəhər 4 saylı tam orta məktəbin kollektivi adından onlara göstərdikləri köməkliyə görə BDYPİ-nin rəhbərliyinə və Cəlilabad şəhər 11 saylı Siqnal İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
14.09.2023 - Beynəlxalq hüquq eksperti İsmayıl Zalov
Beynəlxalq hüquq eksperti İsmayıl Zalov məktububda polisinin fədakar xidmətindən söz açaraq DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.
13.09.2023 - Vətəndaş Fərid Rəhimov
Vətəndaş Fərid Rəhimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciəti ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsində obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
13.09.2023 - Şəmkir rayon sakini Etibar Qasımov
Şəmkir rayon sakini Etibar Qasımov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
13.09.2023 - Vətəndaş Nizam Yusubov
Vətəndaş Nizam Yusubov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı Pirallahı Rayon Polis İdarəsinə müraciət etdiyini, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
N.Yusubov müraciətinə diqqətlə yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
13.09.2023 - Abşeron rayon sakini Asəf Məsimov
Abşeron rayon sakini Asəf Məsimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
13.09.2023 - Vətəndaş Şamilə Ələkbərli
Vətəndaş Şamilə Ələkbərli Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ictimai təhlükəsizliyin etibarlı təmin olunmasına, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.