Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.08.2025 - Vətəndaş Bəhlul Mustafazadə
Vətəndaş Bəhlul Mustafazadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə etdiyi müraciətinə operativ baxılmasına və obyektiv araşdırılaraq müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkür edir.
18.08.2025 - Yevlax rayon sakini Mustafa Mustafayev
Yevlax rayon sakini Mustafa Mustafayev müraciətində peşə fəaliyyətini və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkürünü bildirir.
18.08.2025 - Tərtər rayon sakini Vüqar Əliyev
Tərtər rayon sakini Vüqar Əliyev müraciətinin müsbət həll edilməsinə görə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlıq edir.
18.08.2025 - Vətəndaş Leyla Quliyeva
Vətəndaş Leyla Quliyeva müraciətinin obyektiv həllinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkür edir.
18.08.2025 - Bakı şəhər sakini Aslan Məmmədov
Bakı şəhər sakini Aslan Məmmədov müraciətinin müsbət həll edilməsinə görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.
18.08.2025 - Bakı şəhər sakini Bəhruz Quliyev
Bakı şəhər sakini Bəhruz Quliyev müraciətinin müsbət həllinə görə Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkürünü bildirir.
18.08.2025 - Vətəndaş Fəqan Qasımov
Vətəndaş Fəqan Qasımov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti üzrə Nərimanov Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativlik, obyektivlik və göstərilmiş köməklik üçün Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
18.08.2025 - Vətəndaş Baloğlan Əlizadə
Vətəndaş Baloğlan Əlizadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti üzrə Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə dəvət edildiyini, nəzakətlə qarşılanaraq dinlənildiyini və müraciətinə obyektiv baxıldığını qeyd edir. O, müraciətinin müsbət həll olunmasında göstərilən köməkliyə görə Yasamal RPİ-nin əməkdaşlarına təşəkkür edir.
18.08.2025 - Vətəndaş Lətif Ələkbərli
Vətəndaş Lətif Ələkbərli DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında mobil telefonunun itməsi ilə bağlı Bakı Metropolitenində Polis İdarəsinə müraciət etdiyini, polis əməkdaşları tərəfindən həyata keçirilən operativ tədbirlərlə telefonunun qısa müddətdə tapılaraq ona təhvil verildiyini bildirir. O, operativliyə və göstərilmiş köməkliyə görə Bakı Metropolitenində Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.