Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Seyfəddin Dadaşov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə probleminin həll olunduğunu və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.

Vətəndaş Məmməd İbrahimov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi oğurluqla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını və qısa müddətdə çantasının tapılaraq ona təhvil verildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməklik üçün Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkür edir

Vətəndaş Vasil Alıyev teleqramında üzləşdiyi problemlə bağlı müraciəti üzrə Sabunçu Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müsbət həll olunduğunu bildirir. 
O, obyektivliyə və göstərilən köməkliyə görə Sabunçu RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Səyavuş Şükürov polis əməkdaşları tərəfindən ekoloji sabitliyin təmin edilməsi məqsədilə həyata keçirilən profilaktik tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Süleyman Ağayev məktubunda Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə etdiyi müraciəti üzrə operativ tədbirlərin görülməsinə və qısa müddətdə müsbət həllinin təmin olunmasına görə həmin idarənin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Abbas Süleymanlı Bakı şəhəri ərazisində baş vermiş qəzanın araşdırmasından  tam razı qaldığına görə Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Müjgan Hüseynova etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Gəncə şəhər sakini Hüseym Salahov müraciətinin obyektiv araşdırmasından tam razı qaldığına görə Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Arzu Atakişiyeva etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.