Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.06.2025 - Bakı şəhər sakini Ceyhun Yariyev
Bakı şəhər sakini Ceyhun Yariyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həll olunduğunu yazır. C.Yariyev müracətinə operativ baxılmasına görə Bakı Şəhər BPİ-nin Dövlət Yol Polisi əməkdaşlarına təşəkkürünü bildirir.
05.06.2025 - Vətəndaş Pərvanə Musayeva
Vətəndaş Pərvanə Musayeva DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə və müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.06.2025 - Vətəndaş Mirsadiq Mirzəli
Vətəndaş Mirsadiq Mirzəli DİN-in “Instagram” səhifəsinə mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həll olunduğunu yazır. M. Mirzəli müracətinə operativ baxılmasına görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.06.2025 - Bakı şəhər sakinləri – Ruslan Kərimov, Sevinc Nağıyeva, Azər Mürsəlov və...
Bakı şəhər sakinləri – Ruslan Kərimov, Sevinc Nağıyeva, Azər Mürsəlov və Seymur Babayevin Daxili İşlər Nazirliyinə ünvanladıqları məktublarında paytaxt ərazisində üzləşdikləri yol-nəqliyyat hadisələri ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən peşəkar, operativ və obyektiv araşdırma aparıldığını qeyd edərək məmnunluqlarının təmin edilməsinə görə DİN-in və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə, eləcə də əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
04.06.2025 - Pakistan İslam Respublikasının vətəndaşı Abdur Rehman
Pakistan İslam Respublikasının vətəndaşı Abdur Rehman DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə dərin təşəkkürümü bildirirəm! İtirdiyim pulqabımı içindəki bütün sənədlərlə birlikdə tapan və onu poçt vasitəsilə mənə geri göndərmək zəhmətinə belə qatlanan əziz polis əməkdaşlarına sonsuz minnətdaram. Sizin dürüstlüyünüz, qayğınız və peşəkarlığınız günümü gözəlləşdirdi. Xidmətiniz üçün təşəkkür edirəm!”.
04.06.2025 - Bakı şəhər sakini Samir Məmmədzadə
Bakı şəhər sakini Samir Məmmədzadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli işlərində polis əməkdaşlarına uğurlar arzulayır.
04.06.2025 - Bakı şəhər sakini Rauf Cəlalov
Bakı şəhər sakini Rauf Cəlalov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ona məxsus mağazada baş vermiş oğurluq hadisəsi ilə bağlı Binəqədi Rayon İdarəsinin 5-ci Polis Bölməsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
R.Cəlalov müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə DİN-in rəhbərliyinə və Binəqədi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
04.06.2025 - Vətəndaş Siminar Novruzov
Vətəndaş Siminar Novruzov DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında Naxçıvan Şəhər Polis İdarəsinə etdiyini müraciətinə operativ baxıldığını, polis əməkdaşları tərəfindən qısa müddətdə araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü və müraciətinin müsbət həll olunduğunu qeyd edir. O, müraciətinə həssas yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.06.2025 - Lənkəran rayon sakini Azər Əhədov
Lənkəran rayon sakini Azər Əhədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ qaydada baxıldığı üçün minnətdarlığını bildirir.