Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Elmin Rüstəmov ona qarşı törədilən dələduzluq faktlı ilə bağlı şikayətinə obyektiv baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarına minnətdarlıq edir.

Ağcabədi rayon sakini Yaqub Həsənov müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Ağcabədi rayon sakini Aydan Səfərova müraciətinin müsbət həll edilməsinə görə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Qax rayon sakini Akif Hacıyev müraciətinin obyektiv araşdırılmasına görə, BBPİ-nin DYPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Qax rayon sakini Rəna Həmzəyeva müraciətinin müsbət həll olunmasına görə, Qax RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Mehriban Hüseynova Daxili İşlər Nazirliyinə ünvanladığı  məktubunda üzləşdiyi etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həll olunduğunu yazır. M.Hüseynova müracətinə operativ baxılmasına görə Bakı Şəhər BPİ-nin Dövlət Yol Polisi əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Emil Salehov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Zaur İsmayılov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə və müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Aybəniz Zeynalova Daxili İşlər Nazirliyinə ünvanladığı  məktubunda üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.