Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Rəhimə Əsgərova xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin kollektivinə minnətdarlıq edir.

Vətəndaş Aynur İmanzadə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Astara rayon sakini Təbriz Baxşiyev məktubunda ölkə ərazisində ictimai qaydanın və asayişin etibarlı qorunmasına görə DİN rəhbərliyinə və Azərbaycan polisinə öz təşəkkürünü bildirir.

Masallı rayon sakini Qail Həsənov məktubunda üzləşdiyi problemlə bağlı müraciətinin obyektiv araşdırılmasına və məsələnin qısa zamanda müsbət həllini tapmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Elvin Fərzullayev öz məktubunda müraciətinin Masallı Rayon Polis Şöbəsində obyektiv araşdırılmasına görə təşəkkürünü bildirir.

Vətəndaş Elnur Məmmədov məktubunda dələduzluğa məruz qalması ilə bağlı müraciətinə operativ baxılmasına, obyektiv araşdırma aparılaraq ona dəymiş maddi ziyanın qaytarılmasının təmin edilməsinə görə DİN rəhbərliyinə və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Zaur Səfərov məktubunda şəhid ailələri və qazilərə göstərilən diqqətə və qayğıya, xidməti vəzifələrinin və peşə fəaliyyətinin öhdəsindən layiqincə gəldiyinə görə Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını ifadə edir.

Jurnalist Pərvin Abışova “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür mesajı paylaşıb. O, sosial şəbəkə hesabında paylaşaraq ictimailəşdirdiyi məsələyə Daxili İşlər Nazirliyindən dərhal reaksiya verildiyini və Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir.
P.Abışova müraciətlərə həssas yanaşılmasına və operativliyə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Günel Tağıyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında paytaxtın Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müraciəti üzrə Nərimanov Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müsbət həll olunduğunu bildirir. O, obyektivliyə və operativliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.