Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
09.07.2025 - Vətəndaş Dmitriy Yaqubov
Vətəndaş Dmitriy Yaqubov ünvanladığı təşəkkür məktubunda müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə həllini tapmasında göstərilən köməkliyə görə Nəsimi RPİ-nin rəhbərliyinə təşəkkür edir.
09.07.2025 - Bakı şəhər sakini Osman Əhədov
Bakı şəhər sakini Osman Əhədov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə BBPİ DYPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
09.07.2025 - Sosial şəbəkə istifadəçisi Kənan Nərimanov
Sosial şəbəkə istifadəçisi Kənan Nərimanov ünvanladığı məktubunda idarə etdiyi nəqliyyat vasitəsinin yanacağı bitdiyindən yolda qaldığını qeyd edir, bu zaman ona yaxınlaşan polis əməkdaşlarının kömək edərək onu yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə apardıqlarına və göstərdikləri dəstəyə görə Pirallahı RPİ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
09.07.2025 - Vətəndaş Müşfiq İsmayılov
Vətəndaş Müşfiq İsmayılov üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırma aparıldığına və müraciətinin müsbət həll olunduğuna görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkür edir.
09.07.2025 - Bakı şəhər sakini Lamiyə Nəsibova
Bakı şəhər sakini Lamiyə Nəsibova üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırma aparıldığına və müraciətinin müsbət həll olunduğuna görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin kollektivinə təşəkkürünü bildirir.
09.07.2025 - Bakı şəhər sakini Əli Şahbazov
Bakı şəhər sakini Əli Şahbazov ünvanladığı məktubunda baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.
09.07.2025 - Bakı şəhər sakini Hüseyn Əlizadə
Bakı şəhər sakini Hüseyn Əlizadə ünvanladığı məktubunda baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
09.07.2025 - Sosial şəbəkə istifadəçisi Faiq Bayramov
Sosial şəbəkə istifadəçisi Faiq Bayramov baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmaya, həmçinin göstərilən xoş rəftar və nəzakətli davranışlara görə Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin kollektivinə minnətdarlığını bildirir.
09.07.2025 - Bakı şəhər sakini Süleyman Əliyev
Bakı şəhər sakini Süleyman Əliyev narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə və bu qanunsuz əməllə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunmalarına görə DİN rəhbərliyi başda olmaqla Nizami RPİ-nin 23-cü PB-nin kollektivinə təşəkkür edir.