Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
10.06.2025 - Abşeron rayon sakini Araz Tahirli
Abşeron rayon sakini Araz Tahirli məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciəti üzrə Abşeron Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmalarla müraciətinin müsbət həllini tapdığını və dəymiş maddi ziyanın da ödətdirilməsində köməklik göstərildiyini qeyd edir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
10.06.2025 - Bakı şəhər sakini Elmin Hüseynov
Bakı şəhər sakini Elmin Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Övladıma məxsus velosipedin oğurlanması ilə bağlı müraciətim əsasında Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində araşdırma aparılmış, həmin bölmənin əməkdaşları operativlik göstərərək cinayəti törətmiş şəxsi müəyyən etmiş və övladıma məxsus velosiped mənə geri qaytarılmışdır. Bununla əlaqədar olaraq DİN-in rəhbərliyinə və 41-ci Polis Bölməsinin fədakar əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm”.
10.06.2025 - Bakı şəhər sakini Tunar Ağazadə
Bakı şəhər sakini Tunar Ağazadə DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında Binəqədi rayonu ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunmasına və vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə və Binəqədi Rayon Polis İdarəsinin, xüsusilə 43-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.06.2025 - Bakı şəhər sakini Azad Məmmədov
Bakı şəhər sakini Azad Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “30.05.2025-ci il tarixində paytaxtın Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşam. Hadisə yerində polis əməkdaşlarının vətəndaşlarla mehriban və nəzakətli davranışı mənim diqqətimi cəlb etdi və bu, məndə xoş təəssürat yaratdı. Buna görə, DİN-in və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm”.
10.06.2025 - Vətəndaş Ülkər Əliyeva
Vətəndaş Ülkər Əliyeva “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında çantasının oğurlanması ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını və çantasının tapılaraq ona təhvil verildiyini qeyd edərək müraciətinin müsbət həllinə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
10.06.2025 - Cəlilabad rayon sakini İlham Məmmədov
Cəlilabad rayon sakini İlham Məmmədov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Facebook” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxılmasına, Cəlilabad Rayon Polis İdarəsinə dəvət olunaraq onu narahat edən məsələlərin araşdırılmasına və müsbət həll edilməsinə görə DİN-in rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.
10.06.2025 - Bakı şəhər sakini Fəridə Piriyeva
Bakı şəhər sakini Fəridə Piriyeva “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında narahat edilməsi ilə bağlı müraciətinə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsində operativ baxıldığını qeyd edir. F.Piriyeva vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə DİN-in rəhbərliyinə Azərbaycan polisinə minnətdarlığını bildirir.
10.06.2025 - Bakı şəhər sakini İbrahim Novruzlu
Bakı şəhər sakini İbrahim Novruzlu DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “28 may 2025-ci il tarixində paytaxtın Nərimanov rayonu ərazisində dostumun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hadisə yerinə gələn təhqiqatçı tərəfindən hadisə yeri düzgün müayinə edilmiş və bizimlə gözəl rəftar olunmuşdur. Təhqiqatçının gözəl və səmimi münasibəti ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm”.
10.06.2025 - Sumqayıt şəhər sakini Elyar Həsənov
Sumqayıt şəhər sakini Elyar Həsənov öz məktubunda belə operativliyə, gecəli-gündüzlü gərgin fəaliyyətə, cinayətkarlığa qarşı apardıqları qətiyyətli mübarizəyə görə özü və ailəsi adından polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.