Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.06.2025 - Vətəndaş İlahə Həsənova
Vətəndaş İlahə Həsənova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi dələduzluqla bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə ona dəymiş maddi ziyanın qaytarılmasında göstərilən köməkliyə görə Binəqədi RPİ 6-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.06.2025 - Vətəndaş Şahin Fətəliyev
Vətəndaş Şahin Fətəliyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında müraciətinə diqqətlə yanaşılmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
11.06.2025 - Vətəndaş Rahidə Cumazadə
Vətəndaş Rahidə Cumazadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında çantasını itirməsilə bağlı polisə müraciət etdiyini və əməkdaşların operativliyi nəticəsində qısa müddətdə çantasının tapılaraq ona təhvil verildiyini qeyd edir, müraciətinə həssas yanaşılmasına görə Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.06.2025 - Vətəndaş Fərqanə Əliyeva
Vətəndaş Fərqanə Əliyeva məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbullarında müraciətlər üzrə müvafiq göstərişlərin verilməsinə, qaldırılan məsələlərin müsbət və operativ qaydada həll olunmasına görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirir.
11.06.2025 - Biləsuvar rayon sakini Ramilə Əliyeva
Biləsuvar rayon sakini Ramilə Əliyeva məktubunda müraciətinə çevik reaksiya verilərək ona lazımi köməkliyin göstərilməsinə görə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.06.2025 - Vətəndaş Ərəstun Soltanov
Vətəndaş Ərəstun Soltanov məktubunda Xəzər rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı Şəhər Baş Polisi İdarəsinin Dövlət Yol Polisi İdarəsində aparılan araşdırmanın nəticəsindən razı qaldığını qeyd edir. O, obyektivliyə və operativliyə görə Bakı şəhər BPİ-nin DYPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
10.06.2025 - Vətəndaş Müşfiq Mahmudov
Vətəndaş Müşfiq Mahmudov məktubunda müraciəti üzrə Sumqayıt şəhər Polis İdarəsində araşdırmalara başlanıldığını, müraciətinin müsbət həll olunması və ona dəymiş maddi ziyanın ödətdirilməsi istiqamətində müvafiq tədbirlərin görüldüyünü bildirir. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə özü və ailə üzvlərinin adından DİN rəhbərliyinə minnətdarlığını bildirir.
10.06.2025 - Vətəndaş Xudaverdi Kərimov
Vətəndaş Xudaverdi Kərimov məktubunda müraciəti üzrə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində obyektiv araşdırma aparıldığını və müraciətinin qısa müddətdə müsbət həll olunduğunu yazır. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
10.06.2025 - Bakı şəhər sakini Sənan Məmmədov
Bakı şəhər sakini Sənan Məmmədov məktubunda müraciəti üzrə Yasamal Rayon Polis İdarəsində aparılan araşdırmanın nəticəsindən razı olduğunu və probleminin müsbət həll edildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, müraciətinin müsbət həll olunmasında göstərilən köməkliyə görə Yasamal RPİ-nin əməkdaşlarına təşəkkür edir.