Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
06.11.2026 - Bakı şəhər sakini Üzeyir Nəbisoy
Bakı şəhər sakini Üzeyir Nəbisoy üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə Sabunçu RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
06.11.2026 - Vətəndaş Taleh İsgəndərov
Vətəndaş Taleh İsgəndərov itirdiyi çantası ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılmaqla qısa zamanda tapılaraq ona təhvil verildiyini yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
06.11.2026 - Vətəndaş Gülnar Rzayeva
Vətəndaş Gülnar Rzayeva üzləşdiyi problem ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
06.11.2026 - Vətəndaş Elvin Rüstəmov
Vətəndaş Elvin Rüstəmov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, barəsində tərtib olunmuş protokolla bağlı səhifə vasitəsilə etdiyi müraciəti ilə əlaqədar polis orqanına dəvət olunduğunu, qanuni izah verilərək məsələyə aydınlıq gətirildiyini qeyd edir. Göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
06.11.2026 - Vətəndaş Mirzeynal Abdullayev
Vətəndaş Mirzeynal Abdullayev barəsində tərtib olunmuş protokolla bağlı səhifə vasitəsilə etdiyi müraciəti ilə əlaqədar polis orqanına dəvət olunduğunu, qanuni izah verilərək məsələyə aydınlıq gətirildiyini qeyd edir. Göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
06.11.2026 - Babək rayon sakini Məhəmməd Zeynalov
Babək rayon sakini Məhəmməd Zeynalov məktubunda müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
06.11.2026 - Vətəndaş Mirhəmid Seyidbəyli
Vətəndaş Mirhəmid Seyidbəyli müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Şahbuz RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
06.11.2026 - Vətəndaş Zeynəb Zeynallı
Vətəndaş Zeynəb Zeynallı pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə etdiyi müraciətə operativ baxıldığını, obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
06.11.2026 - Vətəndaş Elçin Cavadov
Vətəndaş Elçin Cavadov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, avtomobili ilə yol verdiyi qayda pozuntusuna görə Naxçıvan Şəhər Polis İdarəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.