Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.09.2025 - Sosial şəbəkə istifadəçisi Habil Qırxıyev
Sosial şəbəkə istifadəçisi Habil Qırxıyev xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Pirallahı Rayon Polis İdarəsinin kollektivinə təşəkkür edir.
05.09.2025 - Sosial şəbəkə istifadəçisi Ramazan Vəliyev
Sosial şəbəkə istifadəçisi Ramazan Vəliyev müraciətinə operativ baxıldığına və probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.
05.09.2025 - Sosial şəbəkə istifadəçisi Fərhad Quliyev
Sosial şəbəkə istifadəçisi Fərhad Quliyev ona məxsus olan təsərrüfat heyvanının tapılaraq geri qaytarılması ilə bağlı göstərilən köməyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.09.2025 - Sosial şəbəkə istifadəçisi Haldun Novruzzadə
Sosial şəbəkə istifadəçisi Haldun Novruzzadə üzləşdiyi problemlə bağlı müraciətinin obyektiv araşdırma aparılaraq qısa müddətdə həll olunmasına görə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin kollektivinə minnətdarlığını bildirir.
05.09.2025 - Bakı şəhər sakini Nəzrin Salamzadə
Bakı şəhər sakini Nəzrin Salamzadə ünvanladığı məktubunda kibercinayətkarlıqla üzləşdiyini, bununla bağlı polisə müraciət etdiyini yazır və ona göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.09.2025 - Quba rayon sakini Ramin Rəşidov
Quba rayon sakini Ramin Rəşidov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
04.09.2025 - Quba rayon sakini Rauf Hüseynov
Quba rayon sakini Rauf Hüseynov etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
04.09.2025 - Quba rayon sakini Etibar Rüstəmov
Quba rayon sakini Etibar Rüstəmov etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
04.09.2025 - Quba rayon sakini Nəbi Məcidov
Quba rayon sakini Nəbi Məcidov etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.