Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Ruslan Qarabekov müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Pirallahı RPİ-nin əməkdaşlarına minnətdarlıq edir.

Bakı şəhər sakini Arif Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Yalçın Şeydayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN-in rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Elmin Qurbanov DİN-in “Instagram” səhifəsinə mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və  Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Tünzalə Əzizova DİN-ə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Mingəçevir şəhər sakini Sadiq Yusifov müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Zərxanım Nadirova müraciətinə operativ reaksiya verildiyinə görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Oğuz rayon sakini Rəfiqə Əliyeva şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə, Oğuz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağsu rayon sakini Ağazər Əliyev müraciətinin müsbət həll olunmasına görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.