Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
20.08.2025 - Sosial şəbəkə istifadəçisi Səvalan Süleymanzadə
Sosial şəbəkə istifadəçisi Səvalan Süleymanzadə baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
20.08.2025 - Sosial şəbəkə istifadəçisi Ülviyyə Əliyeva
Sosial şəbəkə istifadəçisi Ülviyyə Əliyeva ünvanladığı məktubda günün isti saatlarında yol getdiyi zaman günvurma nəticəsində halının pisləşdiyini qeyd edir və həmin an ona yaxınlaşaraq su verib yardım göstərən Pirallahı RPİ-nin əməkdaşlarının diqqət və qayğısına görə onlara təşəkkür edir.
20.08.2025 - Sosial şəbəkə istifadəçisi Gülxanım Mürsəliyeva
Sosial şəbəkə istifadəçisi Gülxanım Mürsəliyeva ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
20.08.2025 - Sosial şəbəkə istifadəçisi Murad Qasımov
Sosial şəbəkə istifadəçisi Murad Qasımov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
20.08.2025 - Bakı şəhər sakini Fidan Rzayeva
Bakı şəhər sakini Fidan Rzayeva müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.
20.08.2025 - Sosial şəbəkə istifadəçisi Rafiq Təhməzov
Sosial şəbəkə istifadəçisi Rafiq Təhməzov ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.08.2025 - Bakı şəhər sakini Nailə Rüstəmova
Bakı şəhər sakini Nailə Rüstəmova müraciətinə operativ baxılmasına və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.
20.08.2025 - Vətəndaş Cabir İsayev
Vətəndaş Cabir İsayev ünvanladığı məktubunda Astara rayonunda keçirilən vətəndaş qəbulu ilə bağlı etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və göstərilən köməkliklərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
20.08.2025 - Bakı şəhər sakini Rafiq Bağırov
Bakı şəhər sakini Rafiq Bağırov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.