Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Pirallahı rayon sakini Mirağa Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında yaşadığı rayon ərazisində üzləşdiyi neqativ hal ilə bağlı polisə müraciət etdiyini, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən operativ tədbirlərlə problemin qısa müddətdə həll olunduğunu bildirir. O, operativliyə və həyata keçirilmiş tədbirlərə görə Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Əbülfəz Məmmədov məktubunda üzləşdiyi problemlə əlaqədar müraciəti üzrə Şahbuz Rayon Polis Şöbəsində obyektiv araşdırma aparıldığını və müraciətinin qısa müddətdə müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilən köməkliyə görə Şahbuz RPŞ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Arzu Rzayev məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və müsbət həll olunduğunu bildirir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər nazirliklərinin rəhbərliklərinə təşəkkürünü bildirir.

Şahbuz rayon sakini Cavid Kazımov məktubunda müraciəti üzrə Şahbuz Rayon Polis Şöbəsində obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həll olunduğunu bildirir. 
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər nazirliklərinin rəhbərliklərinə təşəkkürünü bildirir.  

Gəncə şəhər sakini Eltun Babayev üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Gəncə ŞBPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir. 

Gəncə şəhər sakini Rauf Mehtiyev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Gəncə ŞBPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Sabirabad rayon sakini Şamil Kərimov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Sabirabad RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Elçin Rzayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluqla bağlı müraciətinə operativ baxılaraq obyektiv araşdırma aparılmasına görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Rüfət İsmayılov müraciətinə operativ baxılmasına və probleminin müsbət həllini tapmasında göstərilən köməkliyə görə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin kollektivinə minnətdarlıq edir.