Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şəmkir rayon sakini Mehman İsmayılov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə göstərdikləri operativliyə və obyektivliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Aytəkin Bayramova məktubunda vətəndaş müraciətlərinə, həmçinin onun müraciətinə göstərilən operativliyə və həyata keçirilən tədbirlərə görə xidməti vəzifələrini layiqincə yerinə yetirən Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Nihad Hüseynov məktubunda polis əməkdaşları tərəfindən istirahət zonalarında təhlükəsizliyin təmin edilməsinə, xüsusilə çimərlik ərazilərində fasiləsiz polis xidmətinin təşkil olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Cəmil Axundzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verildiyini və həyata keçirilən tədbirlərlə müraciətinin müsbət həll olunduğunu qeyd edir. 
C.Axundzadə obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Yalçın Turabov məktubunda vətəndaş müraciətlərinə, həmçinin onun müraciətinə göstərilən diqqətə və köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Natiq Əkbərov məktubunda üzləşdiyi problemlə bağlı müraciəti üzrə aparılan obyektiv araşdırmalara görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Fərhad Fərhadlı məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciətinə göstərilən operativliyə və obyektivliyə, həyata keçirilən tədbirlərlə müraciətinin müsbət həll olunmasına görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Xəyalə Qurbanova məktubunda üzləşdiyi oğurluqla bağlı müraciətinə dərhal reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Nəsimi RPİ 20-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Elmira Mehdiyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciəti üzrə həyata keçirilən tədbirlərə və ona dəymiş maddi zərərin ödətdirilməsinin təmin olunmasına görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.