Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
08.09.2025 - Vətəndaş Həsən Bayramov
Vətəndaş Həsən Bayramov “DİN”in “Instagram” səhifəsinə yazdığı mesajında pulqabısının itməsi ilə bağlı Xətai Rayon 36-cı Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını və pulqabının qısa müddətdə tapılaraq ona təhvil verildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativliyə və göstərilmiş köməkliyə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.
08.09.2025 - Vətəndaş Səriyyə Hüseynova
Vətəndaş Səriyyə Hüseynova “DİN”in “Instagram” səhifəsinə yazdığı mesajında paytaxtın Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində qəbul edilərək nəzakətlə qarşılandığını, dinlənildiyini və hüquqları ilə bağlı ona qanuni izah verildiyini bildirir. O, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə DİN rəhbərliyinə, göstərilmiş köməklik üçün Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
08.09.2025 - Vətəndaş Nəzrin İsgəndərova
Vətəndaş Nəzrin İsgəndərova “DİN”in “Instagram” səhifəsinə yazdığı mesajında Pirallahı rayonu ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün gecə-gündüz yorulmadan ayıq-sayıq xidmət aparan Pirallahı RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
08.09.2025 - Vətəndaş Raul Əhmədov
Vətəndaş Raul Əhmədov Daxili İşlər Nazirliyinin “Facebook” sosial şəbəkə səhifəsinə təşəkkür mesajı ünvanlayıb. O, Sabirabad rayonunun Hacıqabul–Bəhrəmtəpə–Mincivan–Sabirabad avtomobil yolunda təhlükəsizliyin etibarlı təmin olunmasına görə rəhbərlik etdiyi kollektivin və bir qrup sakinin adından həmin ərazidə xidmət aparan Dövlət Yol Polisi əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
08.09.2025 - Vətəndaş Söhrab Vahidli
Vətəndaş Söhrab Vahidli DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti üzrə Bakı Şəhər Baş Polis İdarəsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı olduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və obyektivliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
08.09.2025 - Yardımlı rayon sakini Şahin Eminli
Yardımlı rayon sakini Şahin Eminli məktubunda müraciətinin obyektiv şəkildə araşdırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə görə Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
08.09.2025 - Astara şəhər sakini Elşən Əliyev
Astara şəhər sakini Elşən Əliyev DİN rəhbərliyi tərəfindən keçirilən vətəndaş qəbulu zamanı diqqətlə dinlənilərək müraciətinin araşdırılması və operativ qaydada həlli istiqamətində göstəriş verilməsinə görə öz təşəkkürünü bildirir.
05.09.2025 - Vətəndaş Gülnarə Rəhimova
Vətəndaş Gülnarə Rəhimova DİN-in “Instagram” səhifəsinə mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.
05.09.2025 - Vətəndaş Leyla Novruzova
Vətəndaş Leyla Novruzova DİN-in “Instagram” səhifəsinə mesajında pulqabısını itirməsilə bağlı polis əməkdaşlarının operativliyi nəticəsində qısa müddətdə pulqabısının tapılaraq ona təhvil verildiyini qeyd edir, müraciətinə həssas yanaşılmasına görə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.