Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
04.09.2025 - Vətəndaş Həsən Cabbarov
Vətəndaş Həsən Cabbarov Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında baş vermiş oğurluq hadisəsi ilə bağlı Səbail RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
04.09.2025 - Vətəndaş Fəridə Bayadova
Vətəndaş Fəridə Bayadova üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
04.09.2025 - Vətəndaş Hüseynağa Məmmədov
Vətəndaş Hüseynağa Məmmədov Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında motosikletinin oğurlanması ilə bağlı Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını qeyd edir.
04.09.2025 - Vətəndaş Elxan Əhmədov
Vətəndaş Elxan Əhmədov Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
03.09.2025 - Vətəndaş Asif Piriyev
Vətəndaş Asif Piriyev məktubunda üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə ünvanladığı müraciəti üzrə Quba Rayon Polis Şöbəsində qəbul edildiyini və obyektiv araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu qeyd edir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməkliyə görə Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.
03.09.2025 - Vətəndaş Zeynalabdin Şixiyev
Vətəndaş Zeynalabdin Şixiyev DİN-in “Facebook” sosial şəbəkə səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciəti üzrə Sumqayıt Şəhər Polis İdarəsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı olduğunu bildirir. O, polisin vətəndaşların güvən yeri olduğunu qeyd edərək vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkür edir.
03.09.2025 - Vətəndaş Qasım Şəkərəliyev
Vətəndaş Qasım Şəkərəliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluqla bağlı müraciəti üzrə Nərimanov Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı olduğunu qeyd edir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, obyektivliyə və göstərilən köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
03.09.2025 - Vətəndaş Emin Səmədzadə
Vətəndaş Emin Səmədzadə məktubunda üzləşdiyi problemlə bağlı müraciəti ilə əlaqədar Qaradağ Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müvafiq tədbirlərin həyata keçirildiyini bildirərək vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkür edir.
03.09.2025 - Vətəndaş Aynur Abbasova
Vətəndaş Aynur Abbasova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində övladının iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını və müvafiq tədbirin görüldüyünü bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativliyə və göstərilmiş köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.