Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Pərvin İbrahimov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi yol-nəqliyyat bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə və Pirallahı Rayon Polis İdarəsinə minnətdarlığını bildirir.

Vətəndaş Rəvan Səfərov DİN-in “Instagram” səhifəsinə mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna və vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.

Vətəndaş Məhəmməd Talıbov DİN-in “Instagram” səhifəsinə mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna və vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.

Vətəndaş Nuridə Novruzova DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.

Vətəndaş Anar Hüseynov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə və Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Günel Kərimli DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Sosial şəbəkə istifadəçisi Nicat Hüseynli həyat yoldaşına qarşı baş vermiş oğurluq hadisəsi ilə bağlı müraciətinə operativ baxılaraq bu cinayətin üstünün açılmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsinə görə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Kənan Əliyev dələduzluq yolu ilə pulunun ələ keçirilməsi barədə müraciətinin obyektiv şəkildə araşdırılmasına və dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə Səbail Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Firudin Quliyev ünvanladığı mesajında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir  və göstərilən diqqətə görə Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.