Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.08.2025 - Vətəndaş Nihad Əlizadə
Vətəndaş Nihad Əlizadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.08.2025 - Bakı şəhər sakini Sənan Qənbərov
Bakı şəhər sakini Sənan Qənbərov məktubunda müraciətinin müsbət həll olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
05.08.2025 - Vətəndaş Ülvi Əsgərov
Vətəndaş Ülvi Əsgərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.08.2025 - Şirvan şəhər sakini Zeynəb Mirzəyeva
Şirvan şəhər sakini Zeynəb Mirzəyeva DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
05.08.2025 - Vətəndaş Dəyanət Qarayev
Vətəndaş Dəyanət Qarayev Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
05.08.2025 - Bakı şəhər sakini Mais Kərimov
Bakı şəhər sakini Mais Kərimov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, BBPİ DYPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
04.08.2025 - Vətəndaş Kəmalə Məmmədzadə
Vətəndaş Kəmalə Məmmədzadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə operativ baxıldığını və Suraxanı Rayon Polis İdarəsində obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativlik və göstərilən köməklik üçün Suraxanı RPİ-nin əməkdaşlarına təşəkkür edir.
04.08.2025 - Vətəndaş Elşən Hacıyev
Vətəndaş Elşən Hacıyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti ilə əlaqədar Xəzər RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ona qanuni izah verildiyini və məsələyə aydınlıq gətirildiyini qeyd edir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilən diqqət və ətraflı məlumat üçün Xəzər RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkür edir.
04.08.2025 - Vətəndaş Səfər Cavadov
Vətəndaş Səfər Cavadov “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, üzləşdiyi problemlə bağlı hesabında paylaşaraq ictimailəşdirdiyi məsələyə Daxili İşlər Nazirliyindən dərhal reaksiya verildiyini və Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirilərək müraciətinin qısa müddətdə müsbət həll olunduğunu bildirir.
S.Cavadov vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativlik və göstərilən köməklik üçün Xocalı RPŞ-nin əməkdaşlarına təşəkkür edir.