Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini Nurlan Dənyarov itkin düşən azyaşlı qızının qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə DİN rəhbərliyinə və Quba  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Pünhan Nəzərov müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Ruslan Aslanov etdiyi müraciətinin müsbət həll edilərək ona dəymiş ziyanın tam ödətdirilməsinə görə Quba  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Xaçmaz rayon sakini Leyla Muxammatova etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Xaçmaz rayon sakini Murad Manquliyev itən mobil telefonunun qısa zaman ərzində tapılaraq geri qaytarılmasına görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Xaçmaz rayon sakini Murad Nurəliyev itən fotoaparatının qısa zaman ərzində tapılaraq geri qaytarılmasına görə Xaçmaz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Əli Nəcəf-İslam etdiyi müraciətinə həssas yanaşılaraq obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Pirallahı RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Bəhruz Teymurov məktubunda üzləşdiyi problemlə bağlı müraciəti üzrə Nəsimi Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını, müsbət həll olunduğunu və dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini bildirir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməklik üçün Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Vahidə Binyatova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və müvafiq tədbirlərin görüldüyünü bildirir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlər üçün Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.