Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
09.09.2025 - Vətəndaş Samir Məmmədov
Vətəndaş Samir Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və qısa müddətdə müsbət həll edildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.
09.09.2025 - Vətəndaş Vüsal Əlicanov
Vətəndaş Vüsal Əlicanov məktubunda Xankəndi şəhəri ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunmasına, eləcə də vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə və Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
09.09.2025 - Paytaxt sakini Ramin Şükürov
Paytaxt sakini Ramin Şükürov məktubunda avtomobilini texniki baxışdan keçirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin Maştağa qəsəbəsində yerləşən Texniki Müayinə mərkəzinə getdiyini yazır. Orada əməkdaşların xoş rəftar və nəzakətli davranışılarını, ona göstərdikləri diqqət və qayğını qeyd edən R.Şükürov DİN rəhbərliyinə və BDYPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
08.09.2025 - Bakı şəhər sakini Aybəniz Şirinova
Bakı şəhər sakini Aybəniz Şirinova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, ünvanladığı müraciətinə operativ baxıldığını, Xətai Rayon Polis İdarəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək 34-cü Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
08.09.2025 - Vətəndaş Nəriman Quliyev
Vətəndaş Nəriman Quliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə ünvanladığı müraciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək polis əməkdaşlarına minnətdarlığını bildirir.
08.09.2025 - Vətəndaş Cavid Zeynalov
Vətəndaş Cavid Zeynalov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan Polisinə minnətdarlığını bildirir.
08.09.2025 - Vətəndaş Kamran Mustafayev
Vətəndaş Kamran Mustafayev DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
08.09.2025 - Vətəndaş Rəşad Cəfər
Vətəndaş Rəşad Cəfər DİN-in “Instagram” səhifəsinə mesajında humanistliyə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
08.09.2025 - Vətəndaş Türkan Rzalı
Vətəndaş Türkan Rzalı DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti üzrə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində obyektiv araşdırma aparıldığını və müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməklik üçün Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.