Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Nadir Novruzov müraciətinə həssas yanaşılmasına və qısa müddətdə həllini tapmasına görə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin kollektivinə təşəkkür edir.

Bakı şəhər sakini Ruslan Kamalov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Əli Həsənov müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin Yol-Patrul Xidmətinin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Lamiyə Əhmədli ünvanladığı mesajında tanışının ona olan borcunu qaytarmadığı barədə müraciətinin nəzarətə götürülərək obyektiv araşdırıldığını qeyd edir və pulunun geri qaytarılmasında göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin kollektivinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Tural Quliyev müraciətinə operativ baxılaraq obyektiv araşdırma aparılmasına və probleminin müsbət həll edilməsinə görə Naxçıvan Şəhər Polis İdarəsinin kollektivinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Adil Mirzəli xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Pirallahı Rayon Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Asəf Binyətov ünvanladığı mesajında pulunun itməsi ilə bağlı etdiyi müraciətə obyektiv baxıldığını bildirir və pulunun qısa müddətdə tapılaraq ona təhvil verilməsində göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəhbərliyinə minnətdarlıq edir.

Saatlı rayon sakini Taleh Ağayev xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Saatlı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir. 

Vətəndaş Nigar Həşimzadə DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.