Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.09.2025 - Bakı şəhər sakini Cəvahir Həmidova
Bakı şəhər sakini Cəvahir Həmidova məktubunda müraciəti üzrə göstərilən köməkliyə və ona hüquqi izahın verilməsinə görə polis əməkdaşlarına minnətdarlığını bildirir.
11.09.2025 - Bakı şəhər sakini İlkin Quliyev
Bakı şəhər sakini İlkin Quliyev məktubunda müraciətinə operativ baxılmasına və ona dəymiş maddi zərərin ödətdirilməsinin təmin olunmasına görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.09.2025 - Vətəndaş Zakir Gülalıyev, Gülşən Əliyeva, Şahin Səfiquliyev
Vətəndaş Zakir Gülalıyev, Gülşən Əliyeva, Şahin Səfiquliyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajlarında üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırmaya görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.09.2025 - Vətəndaş Aqşin Süleymanlı
Vətəndaş Aqşin Süleymanlı DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında səhhəti pisləşən vətəndaşa polis əməkdaşları tərəfindən dərhal köməklik göstərilməsini qeyd edərək Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.09.2025 - Vətəndaş Rəna Nağıyeva
Vətəndaş Rəna Nağıyeva Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinə operativ baxılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
11.09.2025 - Şirvan şəhər sakini Ağabəyim Novruzova
Şirvan şəhər sakini Ağabəyim Novruzova xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, bütün polis əməkdaşlarına təşəkkür edir.
11.09.2025 - Sosial şəbəkə istifadəçisi Sevinc Babayeva
Sosial şəbəkə istifadəçisi Sevinc Babayeva ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin kollektivinə təşəkkürünü bildirir.
11.09.2025 - Sosial şəbəkə istifadəçisi Sofiya Ağayeva
Sosial şəbəkə istifadəçisi Sofiya Ağayeva yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.
11.09.2025 - Sosial şəbəkə istifadəçisi Aydan Süleymanova
Sosial şəbəkə istifadəçisi Aydan Süleymanova müraciətinə operativ baxıldığına və probleminin müsbət həll olunmasında göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.