Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.10.2025 - Vətəndaş Azər Umudsoy Mirzəyeva
Vətəndaş Azər Umudsoy Mirzəyeva müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
23.10.2025 - Şahbuz rayon sakini Əsgər Məmmədov
Şahbuz rayon sakini Əsgər Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Şahbuz RPŞ-yə müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və göstərilən köməkliyə görə minnətdarlığını bildirir.
23.10.2025 - Şahbuz rayon sakini Azər Abbasov
Şahbuz rayon sakini Azər Abbasov üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Şahbuz RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
22.10.2025 - Bakı şəhər sakini Ruhid Bədəlov
Bakı şəhər sakini Ruhid Bədəlov müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
22.10.2025 - Balakən rayon sakini İsgəndər Əhmədov
Balakən rayon sakini İsgəndər Əhmədov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
21.10.2025 - Xəzər rayon sakini Allahverdi Allahverdiyev
Xəzər rayon sakini Allahverdi Allahverdiyev məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.10.2025 - Vətəndaş Şamil Əhmədov
Vətəndaş Şamil Əhmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.10.2025 - Sosial şəbəkə istifadəçisi Furkan Koç
Sosial şəbəkə istifadəçisi Furkan Koç DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müraciətinin müsbət həll olunmasına görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.10.2025 - Vətəndaş Arzu Rzayeva
Vətəndaş Arzu Rzayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciətinə çevik reaksiya verilməsinə və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.