Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.10.2025 - Sosial şəbəkə istifadəçisi Xalid Mirzəyev
Sosial şəbəkə istifadəçisi Xalid Mirzəyev dələduzluq yolu ilə pulunun ələ keçirilməsi barədə müraciətinin obyektiv şəkildə araşdırılmasına və dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə Xətai RPİ-nin TŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
23.10.2025 - Sosial şəbəkə istifadəçisi Əkbər Novruzov
Sosial şəbəkə istifadəçisi Əkbər Novruzov yol-nəqliyyat hadisəsilə bağlı operativ araşdırma aparılmasına və göstərilən köməkliyə görə Xətai RPİ-nin TŞ-nin kollektivinə təşəkkür edir.
23.10.2025 - Sosial şəbəkə istifadəçisi Rafael Səfərov
Sosial şəbəkə istifadəçisi Rafael Səfərov baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir, hüquq və vəzifələrinin izah olunmasında göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
23.10.2025 - Sosial şəbəkə istifadəçisi Turan Hüseynov
Sosial şəbəkə istifadəçisi Turan Hüseynov müraciətinə dərhal reaksiya verilməsinə və göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
23.10.2025 - Sosial şəbəkə istifadəçisi Ümid Qarayev
Sosial şəbəkə istifadəçisi Ümid Qarayev ona məxsus olan avtomobilin tanıdığı şəxs tərəfindən ələ keçirilməsi ilə bağlı müraciətinə operativ baxılmasına və həmin şəxsin saxlanılmasında göstərilən köməkliyə görə Nəsimi RPİ-nin 19-cu PB-nin kollektivinə minnətdarlıq edir.
23.10.2025 - Sosial şəbəkə istifadəçisi Xədicə Ağakəndi
Sosial şəbəkə istifadəçisi Xədicə Ağakəndi sosial şəbəkədə tanıdığı şəxs tərəfindən hədə-qorxuya məruz qaldığı üçün polisə müraciət etdiyini yazır və onu narahat edən bu problemin qısa zaman kəsiyində müsbət həll olunmasına görə Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşlarına təşəkkür edir.
23.10.2025 - Sosial şəbəkə istifadəçisi Umud Abdullayev
Sosial şəbəkə istifadəçisi Umud Abdullayev müraciəti ilə bağlı ona göstərilən köməkliyə görə Binəqədi RPİ-nin 5-ci PŞ-nin kollektivinə minnətdarlığını bildirir.
23.10.2025 - Abşeron rayon sakini Sevda Ələskərova
Abşeron rayon sakini Sevda Ələskərova ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə obyektiv baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
23.10.2025 - Sosial şəbəkə istifadəçisi Salman Səfərov
Sosial şəbəkə istifadəçisi Salman Səfərov müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə Xətai Rayon Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.