Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Biləsuvar rayon sakini Şərqiyyə Əsgərova öz məktubunda üzləşdikləri problemlə əlaqədar etdiyi müraciətinin obyektiv araşdırılmasına və məsələnin müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.

Biləsuvar rayon sakini Fərhad Kərimov öz məktubunda dələduzluq yolu ilə pulunun ələ keçirilməsi barədə müraciətinin operativ qaydada və obyektiv araşdırımasına, ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Sevinc Abdulova müraciəti ilə əlaqədar qəbul edilərək dinlənilməsinə, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Lənkəran şəhər sakini Aytac Bağırova müraciətinin obyektiv qaydada araşdırılmasına, vətəndaş məmnuniyyətinin təmin olunmasına və DİN rəhbərliyi tərəfindən bölgələrdə təşkil olunan qəbullar zamanı müraciətlərə həssaslıqla yanaşılması və operativ həlli ilə bağlı göstərişlərin verilməsinə görə təşəkkürünü bildirir.

Lənkəran rayon sakini Röya Nuriyeva DİN-in instagram səhifəsinə ünvanladığı mesajında müraciəti ilə əlaqədar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə, onun narahat edən məsələnin müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.

Neftçala rayon sakini Malik Rəcəbov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Şirvan şəhər sakini Rahil Məlikov DİN-ə ünvanladığı təşəkkür məktubunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardıqları mübarizəyə, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Abşeron rayon sakini Rauf Əkbərov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Binəqədi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Afərin Kərimov və Rəcəb Əhmədov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajları yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.