Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
24.10.2025 - Vətəndaş Nəriman Əsədov
Vətəndaş Nəriman Əsədov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.10.2025 - Vətəndaş Əli Dadaşov
Vətəndaş Əli Dadaşov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. Üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.10.2025 - Vətəndaş Coşqun Cəfərov
Vətəndaş Coşqun Cəfərov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.10.2025 - Vətəndaş Asif Orucov
Vətəndaş Asif Orucov məktubunda müraciəti üzrə həyata keçirilən tədbirlərə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
24.10.2025 - Vətəndaş Fərid Rəsulov
Vətəndaş Fərid Rəsulov DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında müraciəti ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə yaxınlaşdığını və ona müvafiq izah verilərək məsələnin həllini tapdığını qeyd edir. O, müraciətinə operativ reaksiya verilməsinə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
24.10.2025 - Vətəndaş Rauf Həsənov
Vətəndaş Rauf Həsənov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mənə qarşı törədilmiş dələduzluq əməlinə görə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Bildirirəm ki, Nəsimi RPİ-nin 20-ci PŞ-də aparılan təhqiqat araşdırması nəticəsində mənə dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Buna görə DİN-in və Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Var olsun, Azərbaycan polisi!”.
24.10.2025 - Vətəndaş Samirə Talıbova
Vətəndaş Samirə Talıbova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə etdiyim müraciətimə vaxtında baxıldığına və mənə hüquqi yardım göstərildiyinə görə Azərbaycan polisinə təşəkkür edirəm”.
24.10.2025 - Bakı şəhər sakini Tamilla Ramazanova
Bakı şəhər sakini Tamilla Ramazanova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Müraciətimdən sonra dərhal köməklik göstərildi. Bu operativliyinizə görə minnətdarlığımızı bildiririk. Vətəndaşlara bu cür diqqətlə yanaşdığınız üçün çox sağ olun. Yaxşı ki, polislərimiz var. Çox minnətdaram! Allah sizləri qorusun!”.
24.10.2025 - Vətəndaş Əşrəf Quliyev
Vətəndaş Əşrəf Quliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “24.09.2025-ci il tarixində döyülmə faktı ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə dərhal baxıldı, hadisədə iştirak edən şəxs tapıldı və qanunauyğun tədbir görüldü. Göstərdikləri operativlik və ədalətli münasibətə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə, eləcə də Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına səmimi təşəkkürümü bildirirəm”.