Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Sürayyə Həsənova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Abşeron rayon sakini Dönməz Məmmədov müraciətinə operativ baxıldığına, hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Naxçıvan MR-in Şahbuz şəhər sakini Gülparə Məhərrəmova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə Şahbuz Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Naxçıvan MR-in Babək rayon sakini Rəvan Paşayev üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Ülvi Əzimov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə Yol Patrul Xidmətinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.  

Vətəndaş Taleh Səfiyev DİN-ə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq onun müsbət həll edilməsində göstərilən köməkliyə görə Şahbuz Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Anar Hüseynli DİN-ə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq onun müsbət həll edilməsində göstərilən köməkliyə görə Şahbuz Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Famil Saatov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında itən əşyasının tez bir zamanda tapılaraq ona təhvil verdikləri üçün Nərimoanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Cəmilə Həbibova DİN-ə ünvanladığı məktubunda müraciətinə baxılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnəttarlığını bildirir.