Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
20.10.2025 - Vətəndaş Minar Qəhrəmanov
Vətəndaş Minar Qəhrəmanov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
20.10.2025 - Vətəndaş İlkin Həsənov
Vətəndaş İlkin Həsənov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
20.10.2025 - Vətəndaş Dəyanət Əliyev
Vətəndaş Dəyanət Əliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.10.2025 - Vətəndaş Arzu Əliyeva
Vətəndaş Arzu Əliyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə diqqətlə yanaşılmasına, obyektivliyə və müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
20.10.2025 - Vətəndaş Emil Quliyev
Vətəndaş Emil Quliyev Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
20.10.2025 - Vətəndaş Oktay Məmmədov
Vətəndaş Oktay Məmmədov üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
20.10.2025 - Vətəndaş Ülviyyə Haqverdiyeva
Vətəndaş Ülviyyə Haqverdiyeva üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.10.2025 - Vətəndaş Emin Nuriyev
Vətəndaş Emin Nuriyev müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
20.10.2025 - Vətəndaş Şəfiqə Məmmədova
Vətəndaş Şəfiqə Məmmədova vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.