Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.10.2025 - Sosial şəbəkə istifadəçisi Mircavid Seyidzadə
Sosial şəbəkə istifadəçisi Mircavid Seyidzadə müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Naxçıvan ŞPİ-nin rəhbərliyinə təşəkkür edir.
23.10.2025 - Sosial şəbəkə istifadəçisi Maarif Şuqverov
Sosial şəbəkə istifadəçisi Maarif Şuqverov əmək haqqının verilməməsi ilə bağlı müraciətinə obyektiv baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə BBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
23.10.2025 - Şahbuz rayon sakini Hüseyn Ocaxquliyev
Şahbuz rayon sakini Hüseyn Ocaxquliyev üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Şahbuz RPŞ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
23.10.2025 - Şahbuz rayon sakini Mədət Bağırov
Şahbuz rayon sakini Mədət Bağırov müraciətinə operativ baxıldığına və qısa müddətdə müsbət həll edildiyinə görə Şahbuz RPŞ-nin kollektivinə minnətdarlıq edir.
23.10.2025 - Xaçmaz rayon sakini Orxan Qasımov
Xaçmaz rayon sakini Orxan Qasımov etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir
23.10.2025 - Quba rayon sakini Xeyrulla Abdullayev
Quba rayon sakini Xeyrulla Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
23.10.2025 - Xaçmaz rayon sakini Qurban Sadıxov
Xaçmaz rayon sakini Qurban Sadıxov daxili işlər naziri tərəfindən Xaçmaz Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya, eləcə də müraciətinin müsbət həllinə görə DİN rəhbərliyinə, Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
23.10.2025 - Vətəndaş Reyhan Sərxani
Vətəndaş Reyhan Sərxani üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
23.10.2025 - Bakı şəhər sakini Zaur Əhmədov
Bakı şəhər sakini Zaur Əhmədov üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu və aidiyyəti üzrə yönləndirildiyini qeyd edərək DİN rəhbərliyinə və Nizami RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.