Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
25.10.2025 - Bakı şəhər sakini Salman Şahbazov
Bakı şəhər sakini Salman Şahbazov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
25.10.2025 - Bakı şəhər sakini Sənubər Həsənova
Bakı şəhər sakini Sənubər Həsənova DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, bütün polis əməkdaşlarına təşəkkür edir.
25.10.2025 - Vətəndaş Günel Əliyeva
Vətəndaş Günel Əliyeva Daxili İşlər Nazirliyinin “Facebook” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
25.10.2025 - Vətəndaş Əsgər Əsgərov
Vətəndaş Əsgər Əsgərov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
25.10.2025 - Vətəndaş Elxan Həşimzadə
Vətəndaş Elxan Həşimzadə Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
24.10.2025 - Vətəndaş Manis Əsədov
Vətəndaş Manis Əsədov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
24.10.2025 - Vətəndaş Nilufər Mirzəzadə
Vətəndaş Nilufər Mirzəzadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.10.2025 - Vətəndaş Rasim Məmmədli
Vətəndaş Rasim Məmmədli DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.10.2025 - Vətəndaş Elsura Babayeva
Vətəndaş Elsura Babayeva DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.