Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Elyaz Gülüyev DİN-in “Facebook” səhifəsinə ünvanladığı təşəkkür mesajında pozulmuş hüquqlarının bərpası ilə bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçirildiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə DİN-in rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Şahbuz rayon sakini Həbib Əliyev müraciətinə operativ baxıldığına və probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Babək rayon sakini Qaməddin Əliyev ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.

Şahbuz rayon sakini Məhəmməd Cəfərov üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Şahbuz RPŞ-nin kollektivinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Vüsal Abdullayev tanışına məxsus olan mobil telefonun qısa zamanda tapılaraq geri qaytarılmasında göstərdikləri köməkliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Sənan Əsgərov müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Naxçıvan MR DİN-nin rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Rəbiyyə Gözəlova müraciətinin obyektiv şəkildə araşdırılmasına və dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə Naxçıvan Şəhər Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Allahverdi Mehdiyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında içərisində bank kartı və şəxsiyyət vəsiqəsi olan pul kisəsinin itməsi ilə bağlı polisə müraciət etdiyini  yazır və itən əşyasının tapılaraq təhil verilməsində göstərdikləri köməkliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin CAŞ-nin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Selcan Məmmədova müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.