Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Rəhman Fərzəliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə göstərilən köməkliyə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.

Vətəndaş Hüseyn Əhmədli üzləşdiyi dələduzluqla bağlı müraciətinə göstərdikləri operativliyə və obyektivliyə görə Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Azərbaycan Triatlon Federasiyasından DİN-in “Instagram” səhifəsinə daxil olmuş təşəkkür məktubunda Triatlon üzrə Ölkə Çempionatında ictimai asayişin və təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyi başda olmaqla Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür bildirilir.

Bakı şəhər sakini Abbas Əhədov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Facebook” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına və obyektiv araşdırmalara başlanıldığına görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Gülüstan Əliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda bank hesabından kibercinayətkarlıqla pul vəsaitinin oğurlanması barədə müraciətinin obyektiv araşdırılmasına və tam təmin edilərək pul vəsaitinin özünə qaytarılmasına görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.

Vətəndaş Xəyyam Qaragözov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Ərizə ilə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə dərhal reaksiya verilib, mənə köməklik olundu. Buna görə DİN-in və Xətai RPİ-nin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Yaşasın, Azərbaycan polisi!”.

Vətəndaş Bəhruz Şükürlü DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Paytaxtın Nərimanov rayonu ərazisində avtomobilim qəzaya uğramışdı. Bununla bağlı “102” Xidməti-Zəng Mərkəzinə zəng etdim. Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları hadisəni qeydə aldı. Sənədləşdirmədən razı qaldım. Nərimanov RPİ-nin DYPŞ-yə təşəkkürümü bildirirəm”.

Vətəndaş Şahin Nəsibov DİN-ə ünvanladığı məktubda itən əşyasının tez bir zamanda tapılaraq ona təhvil verdikləri üçün Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçiləri Nicat Niftəliyev və Namiq Paşayev DİN-in “Instagram” səhifəsinə yazdıqları mesajlarında baş vermiş yol-nəqliyyat hadisələri ilə əlaqədar müraciətilərinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.