Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
07.11.2025 - Vətəndaş Ömər Xəyyam
Vətəndaş Ömər Xəyyam “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, üzləşdiyi oğurluqla bağlı müraciətinin qısa zamanda müsbət həll olunduğunu qeyd edir, göstərdikləri operativliyə görə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
07.11.2025 - Yasamal rayon sakini Azad Məhərrəmov
Yasamal rayon sakini Azad Məhərrəmov məktubunda müraciətinin müsbət həll olunmasına, həmçinin göstərdikləri diqqət və köməkliyə görə yol polisi əməkdaşlarına təşəkkürünü bildirir.
07.11.2025 - Qəbələ rayon sakini Fərid Məmmədov
Qəbələ rayon sakini Fərid Məmmədov müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.
07.11.2025 - Vətəndaş Fərid Qurbanov
Vətəndaş Fərid Qurbanov müraciətinin müsbət həll olunmasına görə, Oğuz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
06.11.2025 - Sumqayıt şəhər sakini Ceyran Abdullayeva
Sumqayıt şəhər sakini Ceyran Abdullayeva DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Sumqayıt ŞPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
06.11.2025 - “Baku TV”nin əməkdaşı Jalə Qəhrəmanova
“Baku TV”nin əməkdaşı Jalə Qəhrəmanova Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Səbail RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
06.11.2025 - Sumqayıt şəhər sakini Ziyad Hümbətov
Sumqayıt şəhər sakini Ziyad Hümbətov DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
06.11.2025 - Lənkəran şəhər sakini Ramilə Mirzəyeva
Lənkəran şəhər sakini Ramilə Mirzəyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti ilə əlaqədar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilərək dinlənilməsinə, müraciətinin müsbət həllini tapmasına görə minnətdarlığını bildirir.
06.11.2025 - Astara rayon sakini Elvin Nəsirov
Astara rayon sakini Elvin Nəsirov öz məktubunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı yüksək peşəkarlıqla həyata keçirilən qətiyyətli mübarizə tədbirlərinə, yeniyetmə və gənclər arasında, xüsusilə ümumtəhsil müəsisələrində mütəmadi təşkil olunan maarifləndirmə işinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə öz təşəkkürünü bildirir.