Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Abşeron rayon sakini Sara Səfərova üzləşdiyi problemlə bağlı etdiyi müraciətinin obyektiv araşdırılmasına, müsbət həll edilməsinə görə Abşeron RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Fərhad Əhmədov etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və BDYPİ-nin  əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini  Sahilə Məmmədova dələduzluq yolu ilə pulunun ələ keçirilməsinə görə etdiyi müraciətinə həssaslıqla yanaşılmasına, eləcə də ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Nərimanov  RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Türkan Haqverdiyeva etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və ona dəymiş ziyanın tam ödətdirliməsinə görə Nərimanov RPİ-nin  əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Cabir İsayev etdiyi müraciətə çevik reaksiya verilməklə həssas yanaşıldığına görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Aynurə Suri üzləşdiyi problemlə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə görə Xətaİ Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi  əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Məmmədov Emin mənzilində baş vermiş oğurluqla bağlı etdiyi müraciətə polis tərəfindən təxirəsalınmaz tədbir görülməklə məsələnin qısa zaman ərzində müsbət istiqamətdə həll edildiyinə görə polis əəməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Anar Zeynallı sosial şəbəkələr vasitəsilə yazdığı mesajda çantasının itməsilə bağlı etdiyi müraciətə Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən tapılaraq özünə təhvil verildiyini bildirir. Buna görə polis əməkdaşlarına minnətdarlıq edir.

Vətəndaş Mehriban Məmmədova məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə operativ baxıldığını, araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyini və dəymiş maddi ziyanın ona ödətdirildiyini qeyd edir. O, operativliyə, obyektiv araşdırmalara və maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.