Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Xanımbacı Əbilhəsənova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə göstərdikləri operativliyə və həyata keçirilən tədbirlərə görə Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Tunal Kazımov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Əcnəbi vətəndaş Koren Hagolan DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi oğurluqla bağlı müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərlə müraciətinin müsbət həll olunmasına görə Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Vasif Xanəliyev itən mobil telefonunu tez bir zamanda taparaq ona təhvil verdikləri üçün Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin kollektivinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Günay Gülmətova müraciətinə operativ baxılmasına və müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Ceyhun Həşimli üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar həyata keçirilən operativ tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Cahad Sadıxov üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar həyata keçirilən operativ tədbirlərə görə Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin kollektivinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Nuray Əliyeva itən pulunu tez bir zamanda taparaq ona təhvil verdikləri üçün Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Fəridə Qocayeva müraciətinə dərhal reaksiya verilməsinə və göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin kollektivinə təşəkkür edir.