Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
03.12.2025 - Vətəndaş Aysel Heydərli
Vətəndaş Aysel Heydərli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mənə qarşı dələduzluq edilmişdi. 21.11.2025-ci il tarixində Nəsimi Rayon Polis İdarəsinə müraciət etdim. Operativ şəkildə mənim müraciətimə baxıldı. Mənə qarşı dələduzluq edən şəxs müəyyən olundu və mənə dəyən maddi ziyan tam şəkildə ödətdirildi. Bununla əlaqədar DİN-in və Nəsimi RPİ-nin rəhbərliyinə, həmçinin bu işdə əməyi olan polis əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.
03.12.2025 - Vətəndaş Gülağa Əkbərov
Vətəndaş Gülağa Əkbərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “25.11.2025-ci il tarixində idarə etdiyim mopedlə paytaxtın Nərimanov rayonu, Səməd Vurğun küçəsində hərəkətdə olarkən avtomobil tərəfindən vuruldum. Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparıldı və nəticədə mənə dəymiş ziyan ödənildi. Araşdırmadan çox razı qaldım. DİN-in və Nərimanov RPİ-nin rəhbərliyinə, eləcə də təhqiqat şöbəsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm”.
03.12.2025 - Vətəndaş Aytac Quliyeva
Vətəndaş Aytac Quliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “05.11.2025-ci il tarixində paytaxtın Nərimanov rayonu, Ağa Nəmətulla küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan araşdırmada iştirak etdim və aparılan işdən çox razı qaldım. Azərbaycan polisinə dərin minnətdarlığımı bildirirəm”.
03.12.2025 - Vətəndaş Fatimə Mirzəyeva
Vətəndaş Fatimə Mirzəyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Naxçıvan Şəhər Polis İdarəsinə ünvanladığım müraciətimin həlli istiqamətində mənə yüksək səviyyədə köməklik göstərildiyi üçün Naxçıvan MR DİN-in rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm”.
03.12.2025 - Qazaxıstan Respublikasının vətəndaşı Tursınbay Ermek
Qazaxıstan Respublikasının vətəndaşı Tursınbay Ermek DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “25.11.2025-ci il tarixində Səbail rayonu ərazisində çantamı itirmişdim. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları operativ reaksiya göstərərək çantamı tapdılar. Tez reaksiyaya Azərbaycan polisinə təşəkkürümü bildirirəm”.
03.12.2025 - Bakı şəhər sakini Mehman Baradov
Bakı şəhər sakini Mehman Baradov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciəti ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində yüksək hörmətlə qarşılandığını və müraciətinin müsbət həll olunduğunu qeyd edir. M.Baradov ona göstərilən diqqət və qayğıya görə DİN-in rəhbərliyinə və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.12.2025 - Vətəndaş Fuad Cabbarov
Vətəndaş Fuad Cabbarov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində aparılan obyektiv araşdırma nəticəsində müraciətinin müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN-in rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
03.12.2025 - Bakı şəhər sakini Bəhruz İsmayılzadə
Bakı şəhər sakini Bəhruz İsmayılzadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda dələduzluğa məruz qalması ilə bağlı müraciətinə operativ baxıldığına, Nəsimi Rayon Polis İdarəsinə dəvət olunaraq hüquq və vəzifələri izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına görə DİN-in rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
03.12.2025 - Kürdəmir rayon sakini Ələkbər Ələkbərov
Kürdəmir rayon sakini Ələkbər Ələkbərov DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ baxılmasına və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Kürdəmir RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.