Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
07.11.2025 - Vətəndaş Zeyd İsazadə
Vətəndaş Zeyd İsazadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyi¬¬nə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
07.11.2025 - Vətəndaş Səma Cəlalzadə
Vətəndaş Səma Cəlalzadə DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
07.11.2025 - Vətəndaş Həmid Dövlətov
Vətəndaş Həmid Dövlətov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə DİN rəhbərliyi¬¬nə və Hava nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
07.11.2025 - Şahbuz rayon sakini Elşən Alməmmədov
Şahbuz rayon sakini Elşən Alməmmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətlərinin müsbət həll olunmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə təşəkkür edir.
07.11.2025 - Vətəndaş Günel Quluzadə
Vətəndaş Günel Quluzadə Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinə operativ baxılmasına və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Abşeron RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
07.11.2025 - Vətəndaş Əliyar Səfərov
Vətəndaş Əliyar Səfərov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
07.11.2025 - Vətəndaş Əsgər Rəhmanlı
Vətəndaş Əsgər Rəhmanlı Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
07.11.2025 - Vətəndaş Əli Qocayev
Vətəndaş Əli Qocayev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “DİN-in bütün kollektivinə təşəkkürlərimi bildirirəm. Çox sağ olun ki, məsələni diqqətdə saxlayıb operativ həllinə yardımçı oldunuz. Mənə dəymiş maddi ziyan tam olaraq ödənildi. Minnətdaram”.
07.11.2025 - Vətəndaş Rahidə Hidayətzadə
Vətəndaş Rahidə Hidayətzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “29.10.2025-ci il tarixində paytaxtın Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırma müddətində polis əməkdaşı mənə öz köməkliyini göstərmişdir. Buna görə də DİN-in və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edirəm”.