Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Səyahət Şükürov ona məxsus olan pul kisəsinin qısa zamanda tapılaraq geri qaytarılmasında göstərdikləri köməkliyə görə Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Şövqi Seyfullayev oğurlanan velosipedinin qısa müddətdə tapılaraq ona qaytarılmasında əməyi olan Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Şirvan şəhər sakini Günel Zayıdova DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Qasım Abdullayev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Səbail RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Səbinə İbrahimxəlilova DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Vətəndaş Mələk Yıldızhan DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. Üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Aqşin Əlizadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyi¬¬nə minnətdarlığını ifadə edir.

Vətəndaş Tural Əhmədov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Hüseyn Sadiqov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə DİN rəhbərliyi¬¬nə və Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.