Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Elmar Didəkənan DİN-ə ünvanladığı məktubunda itirdiyi bank kartının tapılması ilə bağlı etdiyi müraciətə qısa zaman ərzində operativ baxılaraq tapılmasında göstərilən köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Aytəkin Bayramova müraciətinə həssas yanaşıldığına, yüksək peşəkarlıqla keçirilmiş operativ tədbirlərlə özünün və ailəsinin təhlükəsizliyinin təmin olunmasına görə Sumqayıt RPİ 1-ci Polis Bölməsi əməkdaşlarına minnətdarlığını bildirir, Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayır. 

Vətəndaş Babək Əzizli Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı Sabunçu RPİ 15-ci Polis Bölməsinə müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə Sabunçu RPİ 15-ci Polis Bölməsinə əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Elxan Həsənov DİN-ə ünvanladığı müraciətində üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini və qısa zamanda tədbirlər görülərək müsbət həll olunmasına görə Babək Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Faiq Nağıyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və həyata keçirilən tədbirlərə görə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Vüsal Heydərov məktubunda üzləşdiyi problemlə bağlı müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə, həmçinin göstərilən diqqət və köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Gülzar Abdullayeva məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə göstərdikləri operativliyə görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nailə İzmaylova məktubunda müraciətinə çevik reaksiya verilməsinə və müraciətinin qısa zamanda müsbət həll olunmasına görə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Nübar Əliyeva məktubunda müraciətinə göstərdikləri operativliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.