Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Tural Nəcəfzadə DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə, görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.    

Vətəndaş Qorqud Qurbanov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Asel Didar DİN-in “Instagram” səhifəsinə mesajında məktubunda mobil telefonunun itməsi ilə bağlı müraciət etdiyini, polis əməkdaşlarının operativliyi sayəsində telefonunun qısa müddətdə tapılaraq ona təhvil verildiyini yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə, görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Aslan Həmidli DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan Polisinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.

Vətəndaş Aytən Tastan DİN-in “Instagram” səhifəsinə mesajında müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş İlqar Bayramov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Aldadılmağım barədə polisə müraciət etmişdim. Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının yüksək peşəkarlığı və səyi nəticəsində ziyanım mənə qaytarıldı. Bu səbəbdən DİN-in rəhbərliyinə və 2-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürümü bildirirəm”.

Vətəndaş Fuad Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “16.10.2025-ci il tarixində yol-nəqliyyat hadisəsi baş verdi. Bundan sonra Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmada iştirak etdim. Həmin müddətdə RPİ-nin rəhbərliyi tərəfindən qəbul olundum və mənimlə ciddi maraqlandılar. Hüquq və vəzifələrimi izah etdilər. Polisin vətəndaşla bu qədər yaxından maraqlandığına ilk dəfə şahid oldum və çox razı qaldım. Buna görə də DİN-in və rəhbərliyə dərin təşəkkürümü bildirirəm”.

Vətəndaş Aybəniz Cavadova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “DİN-in “Instagram” səhifəsinə müraciət etmişdim. Müraciətimlə bağlı Suraxanı Rayon Polis İdarəsinə dəvət olundum, araşdırıldı və qanunamüvafiq tədbir görüldü. Təşəkkür edirəm”.

Vətəndaş Namiq Mehdiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “26.10.2025-ci il tarixində paytaxtın Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsinin iştirakçısı oldum. Hadisə yerinə gələn polis əməkdaşı vətəndaşlara diqqətlə, hörmətlə yanaşaraq öz peşəkarlığını və qayğısını göstərdi. Bununla bağlı DİN-in və Nərimanov RPİ-nin rəhbərliyinə minnətdarlığımı bildirirəm”.