Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.05.2024 - Bakı şəhər sakini Şəhla Quliyeva
Bakı şəhər sakini Şəhla Quliyeva DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında məişət səs-küyü ilə bağlı müraciətinin nəzarətə götürülərək qısa müddət ərzində müsbət həll edilməsinə görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.05.2024 - Goranboy rayon sakini Mirqalib Həşimov
Goranboy rayon sakini Mirqalib Həşimov müraciətinə operativ reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını yazır.
21.05.2024 - Sosial şəbəkə istifadəçisi Musa Cəbrayılov
Sosial şəbəkə istifadəçisi Musa Cəbrayılov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı göndərib. O, müraciətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
21.05.2024 - Vətəndaş İlham Kərimov
Vətəndaş İlham Kərimov DİN rəhbərliyinə təşəkkür məktubu göndərib. O, polis orqanlarında işləmək arzusunda olan gənclərin xidmətə qəbulu zamanı bütün proseslərin şəffaflıq və aşkarlıq prinsipləri əsasında reallaşdığına şahid olduğunu qeyd edir və qızının daxili işlər orqanlarında xidmətə qəbul olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
21.05.2024 - Şəhid anası Aytəkin İsmayılova
Şəhid anası Aytəkin İsmayılova DİN-ə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin fəaliyyətindən razılığını ifadə edir, həmkarlarımıza çətin və məsuliyyətli xidmətlərində uğurlar arzulayır.
21.05.2024 - Vətəndaş Azər Xankişiyev
Vətəndaş Azər Xankişiyev xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Kəlbəcər Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlıq edir.
21.05.2024 - Samux rayon sakinləri Kazım Cumalıyev, Ülvi Kərimov və Vüsal Əhmədov
Samux rayon sakinləri Kazım Cumalıyev, Ülvi Kərimov və Vüsal Əhmədov müraciətlərinə operativ baxılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə Samux Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürlərini bildirirlər.
21.05.2024 - Şəmkir rayon sakini Fəxrəddin Məmmədov
Şəmkir rayon sakini Fəxrəddin Məmmədov təşəkkür məktubunda rayon ərazisində cinayətkarlıqla mübarizədə qətiyyətli mübarizə tədbirlərinə görə rayon polis şöbəsinin rəhbərliyinin fəaliyyətindən məmnunluğunu ifadə edir.
21.05.2024 - Vətəndaş Söhrab Vəliyev
Vətəndaş Söhrab Vəliyev ünvanladığı məktubda müraciətinə həssas yanaşılmasına, aparılan obyektiv araşdırmalarla qısa müddətdə müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.