Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
04.03.2026 - Sosial şəbəkə istifadəçisi Gülnarə Bayramova
Sosial şəbəkə istifadəçisi Gülnarə Bayramova DİN-in “Instagram” yazdığı mesajında ümumtəhsil məktəblərində narkomaniya və erkən nikah hallarına qarşı mübarizə mövzusunda keçirilən maarifləndirici - profilaktik tədbirlərə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.03.2026 - Babək rayon sakini Tofiq Abutalıbov
Babək rayon sakini Tofiq Abutalıbov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Nehrəm qəsəbəsində təhlükəsiz hərəkətin təmini məqsədilə piyada zolaqlarının çəkilməsinə və xəbərdarlıq nişanların quraşdırılmasına görə minnətdarlığını ifadə edir.
04.03.2026 - Vətən müharibəsi iştirakçısı Mirseyib Sadıxov
Vətən müharibəsi iştirakçısı Mirseyib Sadıxov DİN rəhbərliyinə ünvanladığı məktubunda nəqliyyat vasitəsində olarkən səhhətinin qəfil pisləşdiyini və Əlahiddə Çevik Polis Alayının 7-ci Patrul Bölüyünün əməkdaşlarının ilkin tibbi yardımı göstərməklə onun həyatını xilas etdiklərini bildirir. O, peşə fəaliyyətinin öhdəsindən layiqincə və yüksək peşəkarlıqla gəldiklərinə görə polis əməkdaşlarına təşəkkür edir.
04.03.2026 - Bakı şəhər sakini Böyükkişi Nuruzadə
Bakı şəhər sakini Böyükkişi Nuruzadə məktubunda müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə Nəsimi RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
04.03.2026 - Sumqayıt şəhər sakini Ağaşirin Əsgərli
Sumqayıt şəhər sakini Ağaşirin Əsgərli məktubunda üzləşdiyi problemlə bağlı polisə etdiyi müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
04.03.2026 - Sosial şəbəkə istifadəçisi Zaur Əhmədov
Sosial şəbəkə istifadəçisi Zaur Əhmədov DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında axtarışda olan şəxsin tapılması ilə bağlı müraciətə çevik reaksiya verilməsinə və həmin şəxsin tapılaraq qanunamüvafiq qaydada tədbirlərin görülməsinə görə Xətai RPİ-nin rəhbərliyinə minnətdarlıq edir.
04.03.2026 - Sosial şəbəkə istifadəçisi Zəhra İbrahimova
Sosial şəbəkə istifadəçisi Zəhra İbrahimova təşəkkür mesajında avtomobilinə dəymiş ziyanla bağlı müraciətnin polis əməkdaşları tərəfindən operativ araşdırılaraq ona dəymiş maddi ziyan tam şəkildə ödətdirilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına dərin minnətdarlığını bildirir.
04.03.2026 - Əcnəbi vətəndaş Pərvanə Yalçın
Əcnəbi vətəndaş Pərvanə Yalçın məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxılmasına və obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edilməsinə görə DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
04.03.2026 - Vətəndaş Aqil Əbilov
Vətəndaş Aqil Əbilov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Fərəcli Ənam Bəhruz oğlu, yaşadığım ünvana yaxın yerləşən zibil tullantı yeşiklərinin ətrafında yaranmış antisanitar vəziyyətlə bağlı polis orqanlarına müraciət etmişdim. Müraciətimə operativ reaksiya verilərək qısa müddət ərzində aidiyyəti qurumlar cəlb olunmuş və mövcud problem aradan qaldırılmışdır. Buna görə başda Cənab Nazir olmaqla, həmçinin Pirallahı Rayon Polis İdarəsinin rəhbərliyinə və bütün şəxsi heyətinə vətəndaş müraciətlərinə həssas yanaşdıqlarına, operativ və məsuliyyətli fəaliyyətlərinə görə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.