Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.05.2026 - Bakı şəhər sakini Tural Məmmədov
Bakı şəhər sakini Tural Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubda qardaşının azyaşlı övladının səhhətində yaranmış ciddi narahatlıq səbəbindən təcili şəkildə xəstəxanaya yollanarkən, avtomobillərinin maneəsiz hərəkətini təmin edən yol polisi əməkdaşlarına göstərdikləri operativ dəstəyə görə minnətdarlığını bildirir.
18.05.2026 - Bakı şəhər sakini Samirə Qasımova
Bakı şəhər sakini Samirə Qasımova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı müraciətinin Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırılaraq ona dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Yasamal RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
18.05.2026 - Bakı şəhər sakini Amil Abdurəhmanov
Bakı şəhər sakini Amil Abdurəhmanov məktubunda daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə minnətdarlığını ifadə edir.
18.05.2026 - Vətəndaş Nihat Hüseynov
Vətəndaş Nihat Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mobil telefonumun itməsi ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət etdim. Müraciətimə operativ baxıldı və telefonum tapılaraq özümə təhvil verildi. Buna görə də DİN-in və Nizami RPİ-nin rəhbərliyinə, həmçinin 24-cü Polis Şöbəsinin kollektivinə təşəkkür edirəm”.
18.05.2026 - Vətəndaş Zöhrə İsgəndərova
Vətəndaş Zöhrə İsgəndərova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Sayt vasitəsilə telefon almaq istəyərkən aldadılaraq pulumun ələ keçirilməsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Məsələ artıq öz həllini tapdı, mənə dəymiş maddi ziyan tam şəkildə geri qaytarıldı. Buna görə də DİN-in və Xətai RPİ-nin rəhbərliyinə, xüsusilə də 36-cı Polis Şöbəsinin əməkdaşlarına göstərdikləri operativliyə görə təşəkkürümü bildirirəm. Yaxşı ki, varsınız. Yaşasın, Azərbaycan polisi!”.
18.05.2026 - Vətəndaş İsmayıl İsmayılov
Vətəndaş İsmayıl İsmayılov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “08.05.2026-cı il tarixində Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Çox keçmədən polis əməkdaşları tərəfindən şikayətim təmin olundu. Buna görə də DİN-in və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.
18.05.2026 - Vətəndaş Natəvan Həşimova
Vətəndaş Natəvan Həşimova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “04.05.2026-cı il tarixində avtobusa minərkən mənə məxsus pul kisəsini oğurlayan şəxsin tutulmasına görə DİN-in rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına öz təşəkkürümü bildirirəm”.
18.05.2026 - Vətəndaş Pərvanə Talıbova
Vətəndaş Pərvanə Talıbova Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
18.05.2026 - Lənkəran rayon sakini Rasim Ağayev
Lənkəran rayon sakini Rasim Ağayev öz məktubunda müraciətinin həlli ilə bağlı aidiyyəti göstərişlərinin verilməsinə, məsələnin müsbət həlli istiqamətində ona lazımi köməyin göstərilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.